18 Avqust 2015 20:22
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiyanın elmi-tədqiqat müəssisələrinin və universitetlərinin alimləri və digər əməkdaşları Çexiya cəmiyyətində ksenofobiya əhvalının güclənməsinə qarşı etiraz petisiyası tərtib edib, İnternetdə yayıblar.

“Alimlər qorxu və laqeydlik əleyhinə” adlı petisiyanı indiyə qədər 660-dan çox insan imzalayıb. Onlar siyasətçiləri özlərinin siyasi firavanlığı naminə yaranmış vəziyyətdən sui-istifadə etməməyə, KİV-ləri isə bu problem ətrafında qalmaqal yaratmamağa çağırırlar. Petisiyanı imzalayanları narahat edən - onların fikrincə ekstremistlərdən ibarət qrupların fəallaşması və cəmiyyətdə radikallaşmaya səbəb olan miqrasiya böhranı ilə əlaqədar qorxu hissləridir.

Sənədi imzalayanlardan biri – Çexiya Respublikası Elmlər Akademiyasının keçmiş prezidenti Qelena İllnerovanın fikrincə, hazırda Çexiyada yaranmış isteriya bu ölkəyə qaçqınlar axının güclənməsi ilə əlaqədardır. Q.İllnerova buna görə təşvişə düşmək üçün heç bir əsas olmadığını bildirir və məcburi miqrantlara münasibətdə həmrəylik nümayiş etdirməyə çağırır.


Müəllif:

Oxşar xəbərlər