ABŞ-ın Harvad Universitetinin professoru Lourens Lessinq prezidentliyə namizədliyini irəli sürüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, professor seçki kampaniyalarının keçirilməsi üçün lazım olan məbləği internet vasitəsilə toplaya bilib. Lessinq bildirib ki, onun əsas məqsədi ABŞ-da seçki kampaniyalarının maliyyələşdirilməsində islahatlara nail olmaqdır.
54 yaşlı professor qeyd edib ki, o, prezident seçilsə və bu islahatlara nail olsa, dərhal vəzifəsindən istefa verəcək.
Samir