Facebook- da iki qadını işlə təmin etmək vədiylə aldadaraq təcavüz edən oğlan həbs edilib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, polisin həbs etdiyi 32 yaşlı Səlcuq G.-ni ümumilikdə 55 cinayətdə ittiham olunur.
O, ötən ay Facebook-da tanış olduğu qadına "şəhərlərarası sərnişindşıma firmasında işləyəcəksən" deyərək aldadıb. Görüş yerinə gələn A.S. adlı qadını evinə aparan Səlcuq ona təcavüz edib. Daha sonra onun 800 lirə (təxminən 275 manat) pulunu da əlindən alıb.
İkinci bənzər hadisə zamanı isə o, özünü həmin firmanın nümayəndəsi kimi təqdim edib. Səlcuq G. Konyadan İzmirə gələn S.A. adlı qadına təcavüz etdikdən sonra onun telefonunu götürüb.
Hər iki zərərçəkmiş hadisə ilə bağlı polisə məlumat verərək şikayətçi olublar.
Səlcuq G. polisin keçirdiyi əməliyyat nəticəsində həbs edilib.
Hadisə ilə bağlı istintaq prosesi davam edir.
Rüstəm