Hindistanda 46 yaşlı Kaliforniya sakini polisə müraciət edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, Darmsala şəhərində iki kişi tərəfindən zorlandığını bildirib.
Turistin sözlərinə görə, hadisə bazarda baş verib. İki şəxs qadına yaxınlaşaraq, qeyri-etik hərəkətlər edib. Daha sonra turist qəfildən huşunu itirib və intim əlaqədən sonra ayılıb.
Şəhər polis rəisi Abişek Dullar bildirib ki, faktla bağlı cinayət işi başlanıb. O qeyd edib ki, bu, kaliforniyalı turistin Hindistana ilk səfəri olub.
Samir