NASA-nın paylaşdığı tvit bütün dünyanı ruhlandırıb.
Teleqraf.com xəbər verir ki, NASA-nın paylaşdığı "Marsın sirri tapıldımı?" twitindən sonra bütün diqqət 18.30-da keçiriləcək mətbuat konfransına yönəlib. İclasda qırmızı planetlə bağlı böyük bir elmi tapıntının açıqlanacağı bildirilib.
NASA sözügedən tapıntının nə olduğunu açıqlamayıb. Ancaq mətbuatda yayılan məlumata görə, söhbət Marsda müəyyən fasilələrlə axan su olduğuna dair kəşfdən gedir.
NASA-nın Mars proqramının keçmiş rəhbəri Daq Mccuistion "Yeraltında asanlıqla əlçatan su mənbəyinin tapılması Marsdakı həyat potensialı və insanların yaşaya bilməsi üçün böyük kəşf olacaq" deyib.
Rüstəm