Land Rover brendi Range Rover Evoque krossoverin açıq versiyasının çıxmasına həsr olunmuş qeyri-adi reklam aksiyası keçirib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Britaniya markası Londonun küçələrində onun 6 maketini yerləşdirmək qərarı verib. Maketlər insanlara bu krossover-kabrioletlərin meqapolislərdə necə göründüyünü nümayiş etmək məqsədilə yerləşdirilib. Maketlərin hazırlanması ilə Land Rover şirkətinin mütəxəssisləri məşğul olub və qeyd etmək lazımdır ki, onlar çox realistik alınıb.
Maketlərə baxsaq, Evoque-un adi kuzovlu modeldən demək olar, heç nə ilə fərqlənmədiyini görərik. Yeganə fərqli cəhət avtomobilin bir düymə ilə bağlanan və açılan damıdır. Range Rover Evoque kabrioletinin bütöv debütü gələn ayın sonunda baş tutacaq, satışa isə yenilik 2016-cı il ərzində çıxarılacaq.
Teleqraf.com fotoları təqdim edir:
Rüstəm