Dünyanın ən məşhur sosial şəbəkələrindən biri “Twitter”gəlirlərinin azalması və xərclərin artması səbəbindən işçilərini ixtisarlar etməyə hazırlaşır.
Publika.az xəbər verir ki, şirkətin qurucusu Jak Dorsey yenidən rəhbər olandan sonra şirkətdə ciddi qənaət tədbirləri ehtiva edən əməliyyata başlayıb.
35 fərqli ölkədə 4100 işçisi olan “Twitter” təxminən onların yarısını ixtisar etməyi planlaşdırır.
Qeyd edək ki, bir müddət əvvəl Jak Dorsey şirkətin imkanlarını genişləndirmək üçün İcra heyəti başçısı Dik Kastollo ilə yolları ayırıb. Artıq şirkəti təkbaşına idarə etməyə başlayıb.
“Twitter”in son yayımlanan hesabatında xərclərinin 37% artaraq 633 milyon dollara çatdığı göstərilib.
Artıq şirkətin reklam bazarında da payı azalıb. Jac Dorseyin təkrar kapitan kreslosuna keçməsiylə “Twitter” hissələrinin yüksəldiyi bildirilib. O, qısa zamanda şirkəti bu vəziyyətdən xilas edəcəyini bəyan edib