Türkiyədə həmkarının 8 yaşlı qızına təcavüz edən polis əməkaşına 8 il həbs cəzası verilib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə 2014-cü ilin iyun ayında baş verib. Evli və iki uşaq atası olan 40 yaşlı Ş.İ. polis yataqxanasında qalan həmkarının 8 yaşlı qızına təcavüz edib.
Hadisə ilə bağlı cinayət işi Kocaeli 2-ci Ağır Cəza Məhkəməsində apaşdırılıb. Təhlükəsizlik tədbirlərinin görüldüyü və çoxlu sayda polisin iştirak etdiyi məhkəmənin son iclası mətbuata qapalı keçirilib.
Məhkəmənin qərarına əsasən Ş.İ. polis sistemindən uzaqlaşdırılıb və təcavüz cinayətinə görə 8 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Rüstəm