22 Oktyabr 2015 14:27
3 794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərxoş sərnişin çılpaq soyunaraq stüardessa ilə əlaqədə olmaq istəyincə, təyyarə təcili eniş etməli olub.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, hadisə Türk Hava Yollarına məxsus təyyarədə baş veribi. İrlandiyanın paytaxtı Dublindən İzmirə hərəkət edən təyyarə təcili eniş etməli olub.

Sərnişin təyyarəyə minməzdən əvvəl spirtli içki qəbul edib. İrlandiyalı sərnişin stüardessaya cinsi əlaqədə olmaq təklif edib. Özünü idarə edə bilməyən sərnişinə görə təyyarə Belqradda təcili eniş etməli olub.

Sərnişin təyyarədən düşürüldükdən sonra təyyarə İzmirə uçuşunu davam etdirib.

Ramal


Müəllif: