14 Dekabr 2015 21:36
1 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyanın şəhərində it yeni doğulan körpəni xilas edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, hadisə Kampinase şəhərində baş verib. Narıncı rəngli it yeni doğulmuş körpəni ehtiyatla tutaraq yaxınlıqdakı evin qapısına gətirib. Ev sahibəsi gördüklərindən özünü itirsə də təcili yardım xidmətini köməyə çağırıb.

Xəstəxanaya çatdırılan azyaşlı qızın sağlamlığı ilə bağlı problemin olmadığı bildirilib. Polis körpəni zibilliyə atan ananı axtarır.

Uşağı xilas edən Anjela adlı it isə artıq bütün şəhərin sevimlisinə çevrilib.

Ramal


Müəllif: