19 Dekabr 2015 20:09
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayram yolkasında heç bir aksessuar şam qozaları qədər effektli görünmür. Çünki o, bolluq və firavanlıq rəmzi sayılır. Milad Bayramında dostlarınız üçün hədiyyə axtarırsınızsa, şam qozaları bu baxımdan maraqlı olacaq.

Onları zər və lentlərlə bəzədikdə daha gözəl mənzərələr ortaya çıxacaq. Əgər yaradıcı birisinizsə, onda bu, sizdə əla alınacaq. Yaxud da şam qozaları akril boyaların köməyilə rəngləyə bilərsiniz. Bu işdə sizə uşaqlarınız da kömək edə bilər. Unutmayın ki, uşaq fantaziyası sərhəd tanımır! Onlar bacarıqlı əlləri ilə təbii bəzəkləri orijinal dekorasiya elementinə çevirəcək. Bu prosesdə uşağın iştirakı, sadəcə, heyranlıq doğuracaq.


Şam qozaları giriş qapısı üçün də maraqlı bəzək ola bilər. Bir neçə qozadan qapı üçün aksessuar hazırlamaq çətin deyil. Qonaqlar ev sahibinin çox bacarıqlı və yaradıcı olduğunu dərhal başa düşəcək.


Müəllif: