Türkiyənin Bursa şəhərində bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.
Teleqraf.com xəbər verir ki, ailənin 10 yaşlı oğlu qışqıraraq qonşularını köməyə çağırıb.
10 yaşlı Şahin E. səhər yuxudan oyandıqda evdəkilərin huşsuz olduğunu və qaz qoxusunun gəldiyini hiss edib. O, qışqıraraq qonşularını köməyə çağırıb. Qonşuların çağırışı ilə evə gələn təcili yardım xidmətinin əməkdaşları Gültən E, Tamer E., Şahin E., Murat E., Serap Y.-ni xəstəxanaya çatdırıblar.
Hadisə ilə bağlı istintaq başladılıb.
Ramal