8 Fevral 2016 01:25
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Facebook" sosial şəbəkəsinin təsisçisi Mark Zukerberq çin dilində video çarx hazırlayıb.

Teleqraf.com-un "anspress"ə istinadən məlumatına görə, milyarder həyat yoldaşı Prisçilla Çan və 2 aylıq qızı Maks ilə bərabər çinlilərin Yeni ilini təbrik edib.

O, video çarxda qeyd edib ki, yeni doğulan qızına Çin adı da verib:

"Həyat yoldaşım və qızım Maksla Yeni ilinizi təbrik etməyə çox şadıq. Maks üçün bu Yeni il çox vacibdir. Bu il biz ona Çin adı da seçdik. Onun adı Çen Minyuydur. Çen – anasının soyadıdır. Minyuy isə - “kainat” və sabah” deməkdir. Bizim balaca ailəmiz adından sizə Yeni ildə cansağlığı və firavanlıq arzu edirik”.

Mark Yeni ili ailə dostları ilə birlikdə keçirəcəyini deyib. Çin təqviminə görə 8 fevral baharın gəlişi ilə Yeni ilə keçid olur. Çində “Facebook”a daxil olmaq qadağandır. Lakin Çin mətbuatı daimi olaraq Markın Çinə olan marağını gündəmdə saxlayır. Bir müddət əvvəl Mark Zukerberq ata olub.

O, bu xəbəri "Facebook"da paylaşıb:

“Prisçilla ilə qızımıza, “dünyaya xoş gəldin” dediyimiz üçün çox xoşbəxtik.”


Müəllif: