18 Fevral 2016 14:57
2 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 57 yaşlı qadın internetdə tanış olduğu gənc oğlanın təcavüzünə məruz qalıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İzmirdə baş verib.

Bursada yaşayan 22 yaşlı E.T. sosial şəbəkədə evli və bir uşaq anası 57 yaşlı Z.Ş. ilə tanış olub.

E.T. Bursadan İzmirə Z.Ş-nin evinə gəlib. Zorla evə girən oğlan qadına təcavüz edərək iki bilərzik və 2 min TL (1050 manat) pulunu da götürüb.

E.T. qadınla görüntülü danışarkən, onun çılpaq görüntülərini gizlicə qeydə alıb. Qadını şantaj edən oğlan olanları polisə deyəcəyi təqdirdə, görüntüləri həyat yoldaşına göstərəcəyini deyib.

Ərindən qorxan qadın həyat yoldaşına evə oğru girdiyini, qızıl və pulu oğurladığını deyib. Hadisə yerinə gələn polis incələmə apardıqdan sonra oğurluğun olmadığını bildirib. Z.Ş-nin qarışıq ifadə verməsi diqqət çəkib.

Z.Ş. polisə verdiyi ifadəsində sosial şəbəkədə gənc oğlanla tanış olduğunu etiraf edib.

"O, danışarkən çılpaq fotolarımı gizlicə çəkib. Evə gələrək mənə təcavüz etdi. Şantaj edərək qızıl və pulumu götürdü."

Polisin keçirdiyi əməliyyat nəticəsində E.T.-ni həbs edilib. O, istintaq zamanı ittihamları qəbul etməyib.

Hakim qarşısına çıxarılan E.T. "Təhdid, şantaj və təcavüz" maddaləri ilə günahkar bilinib. Araşdırma davam etdirilir.

Ramal


Müəllif:

Oxşar xəbərlər