12 Mart 2016 22:12
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, aparıcı və aktyor Selçuk Yöntemin "Bambi cafe" adlı yerdə tost yeyərkən fotosu çəkilərək sonradan kafenin reklamında istifadə olunub.

Bir ay menyularında aktyorun fotosundan istifadə edən kafe məhkəməyə verilib. Selçuk Yöntem ondan icazəsiz adından istifadə edildiyini iddia etsə də, kafenin sahibi aktyorun bundan xəbərdar olduğunu deyib. Selçuk çəkildiyi reklamlardan 200 min lirə (təxminən 100 min manat) aldığını sübut edərək kafedən 350 min lirə (təxminən 175 min manat) tələb edib. Məhkəmə aktyorun haqlı olduğunu təsdiqləyərək qərar çıxarıb.

O qazandığı 350 min lirəni təhsil müəssisələrinə bağışlayacağını deyib.


Müəllif:

Oxşar xəbərlər