10 Aprel 2016 11:31
1 662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhərində dəhşətli qətl hadisəsi baş verib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Beyoğlu məhəlləsində ana 6 yaşlı qızını və 7 aylıq körpəsini evdə qoyaraq mağazaya gedib. Geri qayıdarkən qızını bıçaqlanmış halda görən ana şoka düşüb. Onun qışqırıq səslərinə yığılan qonşular 6 yaşlı qızın öldüyünü görüblər.

Araşdırma nəticəsində hadisəni qızın əmisi oğlu 14 yaşlı M.A.-nın törətdiyi məlum olub. Psixi xəstə olan M.A. polisə verdiyi ifadədə "əmim mənə istədiyim yerə getməyə icazə vermədi, mən də onun qızını öldürdüm. Peşman deyiləm" deyib.

Hazırda faktla bağlı araşdırma davam edir.

Yusif


Müəllif:

Oxşar xəbərlər