ABŞ-ın Milvauke şəhərində avtomobilin arxa oturacağına qoyulan silahla oynayan iki yaşlı uşaq anasının ölümünə bais olub.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, qadının atası Andre Price silahın qızının oğlan dostuna aid olduğunu deyib: "Qızımın oğlan dostu mühafizəçi işləyir. Silah da onun olub və avtomobildə qalıb. Nəvəm silahla oynayarkən təsadüfən atəş açılıb və qızımın həyatına son qoyub".
Qeyd edək ki, ABŞ-da uşaqların silahla ehtiyatsız davranmaları ucbatından valideynlərin tez-tez atəşə məruz qalması adiləşib.
Ayxan