26 May 2016 19:33
2 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya tarixində bəzi uşaqlar xüsusi qəddarlığı, bacarığı və istedadı ilə seçiliblər. Bəzən elə hadisələr olur ki, bunların azyaşlılar tərəfindən törədildiyinə inanmaq çətin olur.

Teleqraf.com 6 bu cür faktı sizə təqdim edir:

1. 13 yaşlı təşviqatçı

13 yaşlı qızcığaz 6 fakt arasında ən qəddarı sayılır. O, 130 uşağın ölümündə ittiham edilib. 4 saatlıq dindirilmədən sonra azyaşlının psixoloq yanına göndərilməsinə qərar verilib. Məlumatlara görə, o, azyaşlı dostlarına intihar müxtəlif üsullarını öyrədib və bunları tətbiq elətdirib.

2. 10 yaşlı qatillər

1993-cü ildə Liverpul şəhərindən olan iki azyaşlı Con Veneybls və Robert Tompson supermarketlərin birindən iki yaşlı uşağı oğurlayıb. Onlar uşağı zorla dəmiryol relsinin üzərinə uzadıb, çubuqla onu döyüb və qatarın gəlməsini gözləyiblər. Onlar düşünürdülər ki, qatar azyaşlının üzərindən keçsə, bunu bədbəxt hadisə kimi qiymətləndirəcəklər. Con və Robertin 10 yaşı olmasına baxmayaraq, onlar ömürlük azadlıqdan məhrum edildilər.

3. İncəsənət həvəskarı

16 yaşlı Lorerns Makkol oğurluqdan yüz minlərlə dollar qazanmaqla məşhur olub. Sxem sadə olub: yeniyetmə özü hazırladığı qurğular vasitəsilə muzeyin pəncərəsindən qiyməti yüzminlərlə ölçülən əsərləri oğurlayırdı. Lorens sadəcə 3 il sonra həbs olundu.

4. Bank soymaq? Çox asandır!

Ohayodan olan iki məktəbli qız bank soyublar. Hadisə qurbansız başa çatıb. Qızlardan biri bank işçisinə yaxınlaşıb və üzərində pul tələb edildiyi yazılan zərfi ona uzadıb. Digər qız bu vaxtı keşikdə dayanıb. Bank işçisi açarları qıza verib və yalnız soyğun başa çatandan sonra polislərə xəbər verilib. Azyaşlı soyğunçular hələ də tapılmayıb.

5. Azyaşlı maşın oğrusu

10 yaşlı oğlan Çelyabinskdə maşın oğurlamaq üçün xüsusi sxem cızıb. O bir müddət maşın ustasının yanına şagird kimi gəlib və buradan bəzi dərslərdə iştirak edib. Bir müddət sonra isə o, ustadan açarı oğurlayaraq, maşını qaçırıb. Yol boyu iki dəfə qəza törədən azyaşlını tapmaq mümkün olmayıb.

6. Kəşfiyyatçılara meydan oxuyan kor oğlan

Meyui Vilmen anadan kor doğulub, ancaq təbiət onun bu çatışmazlığını konpensasiya edib - Metyu xüsusi eşitmə qabiliyyətinə malikdir. O, telefonda nömrə yığılanda həmin rəqəmləri tapa və yadda saxlaya bilirdi. Bundan başqa o, istədiyi səslə danışmağı bacarırdı. Bununla Metyu xüsusi təyinatlılara zəng edib və onları düşmənlərinin evinə çağırırdı. Məhkəmə bir müddət sonra yaxalanan azyaşlıya 11 il həbs cəzası kəsib.

Samir


Müəllif:

Oxşar xəbərlər