24 Aprel 2017 15:28
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın yeni prezidentinin kim olmasından asılı olmayaraq o, Azərbaycan faktorunu nəzərə almağa, ölkəmizlə yaxşı münasibətlər qurmağa məcbur olacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, YAP İcra Katibliyinin siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Fransadakı birinci tur prezident seçkilərinin nəticələrinə münasibət bildirərkən söyləyib.

O vurğulayıb ki, Fransada prezident seçkilərinin nəticələrinə görə, Emmanuel Makron və Mari Le Pen irəlidədirlər və seçki öncəsi namizədlər erməni kartından geniş istifadə edirdilər:

“Azərbaycan bu gün regionun lider dövlətidir, məhz onun mövqeyindən regionun strateji inkişaf xətti asılıdır. Azərbaycanla dostluq etmək Şərqlə dostluq etmək deməkdir. Bunu fransız namizədlər indidən bilməli və siyasətlərini buna uyğun qurmalıdırlar”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər