Teleqraf.com xəbər verir ki, bu barədə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan XİN-nin mətbuat xidmətinin rəhbərinin dediklərini şərh edərkən bildirib.
H.Hacıyev qeyd edib ki, qoşunların təmas xəttində gərginliyin baş verməsi və itkilərin olması bir daha göstərir ki, vəziyyət nə dərəcədə kövrəkdir.
H.Hacıyev bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu gərginliyin yaranmasının və atəşkəsin pozulmasının əsas səbəbidir: "Ermənistan rəhbərliyi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələrblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən öz işğalçı qoşunlarını çıxarmaqdan imtina edir. Ona görə də mövcud vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür".