İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd Əl-Osaymin mayın 3-dən 5-dək Azərbaycanda rəsmi səfərdə olacaq.
Xarici İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, səfər çərçivəsində Yusif bin Əhməd Əl-Osayminin xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.