15 May 2017 18:45
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehran meri Məhəmməd Baqir Qalibaf İran prezidentliyi uğrunda mübarizədən geri çəkildiyini bəyan edib.

Teleqraf.com İran KİV-inə istinadən xəbər verir ki, mer qatı mühafizəkarların namizədi sayılan İbrahim Rəisinin namizədliyini dəstəklədiyini bildirib.

Tehran meri bəyanatını İslam İnqilabı Xalq Cəbhəsi Qüvvələrinin iclasından sonra yayıb. Məhəmməd Baqir Qalibaf İslam İnqilabı Xalq Cəbhəsi Qüvvələrinin birliyinin qorunması naminə bu addımı atdığını qeyd edib: “Mən cəbhənin bütün tərəfdarlarını qələbə üçün kömək etməyə çağırıram”.

Qeyd edək ki, İranda növbəti prezident seçkiləri mayın 19-da keçiriləcək.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər