3 İyul 2017 17:15
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 700 min nəfəri ötüb.

Bu barədə Teleqraf.com-a hakim partiyanın mətbuat xidmətindən məlumat verilib.

Vurğulanıb ki, bu il 25-ci ildönümünü qeyd edən partiyanın sıralarında 700 min insanın birləşməsinin ciddi əsasları var: “Bu, o deməkdir ki, xalqımız Heydər Əliyev ideyalarına sadiqlik nümayiş etdirir və Prezident İlham Əliyevin siyasətini birmənalı olaraq dəstəkləyir. Partiyanın sıraları kəmiyyət və keyfiyyət baxımından yüksələn xətlə inkişaf edir. Belə ki, əgər YAP-ın 2001-ci ildə keçirilmiş II Qurultayı zamanı partiya üzvlərinin sayı 230 min nəfər idisə, III Qurultaya qədər bu göstərici 360 min nəfərə yüksəlib. Yeni Azərbaycan Partiyası 2008-ci ilin avqustun 2-də özünün IV Qurultayında kəmiyyət və keyfiyyət baxımından daha da güclü siyasi qüvvə kimi çıxış etdi. Belə ki, bu qurultay ərəfəsində artıq partiya üzvlərinin sayı 450 min nəfərə yüksəlib. Daha sonra qısa müddət ərzində YAP üzvlərinin sayı 500 min və 600 min nəfərə qədər artıb. Bu gün isə üzvlərin 700 min nəfəri ötməsi bir daha Yeni Azərbaycan Partiyasının gücünün və qüdrətinin parlaq ifadəsidir. Beləliklə, 25 il ildir fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır. Məhz bunun nəticəsidir ki, YAP bütövlükdə Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsidir.”


Müəllif: Nərgiz

Oxşar xəbərlər