Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 4 ölkə rəsmiləri məsələ ilə bağlı Qahirədə bir araya gəliblər.
Görüşün detalları açıqlanmır.
Qeyd edək ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, BƏƏ, Misir, Liviya, Yəmən, Maldiv, Mavritaniya, Cibuti, Seneqal və Kamar adaları terrorçuluğa dəstək verdiyi ittihamı ilə Qətərlə diplomatik əlaqələri kəsib.
İyunun 23-də Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Qətərə qarşı 13 maddəlik tələbnamə irəli sürüblər. Qəbul edilməsi üçün Qətərə 10 gün vaxt verilən siyahıda İranla diplomatik münasibətlərin dayandırılması və Türkiyənin Qətərdəki hərbi iştirakına son qoyulması tələbi də olub.
İyulun 3-də 4 ölkə Qətərə verilən vaxtı 48 saat müddətinə uzadıb. Müddətin uzadılması qərarından sonra Qətər Müdafiə naziri Xalid əl-Atiyyə lazım olsa, ölkəsinin müdafiəyə hazır olduğunu açıqlayıb: "Hərbi müdaxilə olsa, müharibəyə və ölkəmizi qorumağa hazırıq. Qətər tarix boyu asan təslim olmadığını sübut edib".
Qətər hökuməti şərtlərlə bağlı son qərarını Misiriə təqdim edib.