5 İyul 2017 17:30
1 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzulinin Alxanlı kəndi iyulun 4-də raket atəşinə tutularkən Ermənistan prezidenti Serj Sərkisyan ABŞ-ın Ermənistandakı səfiri ilə birgə Amerika səfirliyi ərazisində ərik ağacı əkirdi.

Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, dünən – iyulun 4-ü Amerikanın müstəqillik günü idi və Sərkisyan səfir vasitəsilə Amerikaya yaltaqlanmaq üçün şəxsən səfirliyə getmişdi: “İkiüzlülüyə bax ki, eyni saatda Sərkisyan Amerika səfirinə yaltaqlanarkən və onun vasitəsilə Amerikanın maliyyə yardımına görə təşəkkür edərkən, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusunun guya cəbhə bölgəsində Amerika raketlərindən istifadə etdiyinə dair xəbər yayırdı”.

E.Şahinoğlunun fikrincə, xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarı ilə iyulun 11-ə nəzərdə tutulan görüşdən imtina etməlidir: “Bu arada “qisas əməliyyatı” vasitəsilə Ermənistana hərbi təzyiq artırılmalı, eyni zamanda böyük dövlətlərə aydın mesaj göndərilməlidir ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmayana qədər atəşkəsə riayət edəcəyimizi bizdən gözləməsinlər. Azərbaycan Müdafiə Nazirliyi ilə Xarici İşlər Nazirliyi təmas halında çalışmalıdırlar. Biri vurmalı, o biri vurana haqq və dəstək qazandırmalıdır”.


Müəllif: Səxavət

Oxşar xəbərlər