16 Avqust 2017 15:41
1 412
12 Punto 14 Punto 16 Punto 18 Punto

CHP lideri Kamal Kılıçdaroğlunun həbs ediləcəyi barədə polemikaya hakim AKP-dən reaksiya verilib.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, AKP sədrinin müşaviri və partiya sözçüsü Mahir Ünal “Biz kimsənin həbs edilməsinin tərəfdarı deyilik” deyə, məsələyə münasibət bildirib.

Ünal bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğnanın cəmiyyətdə uzun müddətdir müzakirə olunan bir məsələyə özünəməxsus şəkildə münasibət bildiriməsindən sonra Kamal Kılıçdaroğlunun CHP-sindən “həddini aşan açıqlamalar” verilib:

“Həqarət, iftira, təhdid və söyüş dolu sözlər son dərəcə provokativ bir dildə söylənilib. Siyasət cəmiyyətin suallarına cavab verməyi tələb edir. Cavab vermək əvəzinə təhdid etməklə məşğul olan CHP süç üstündə yaxalanmanın panikasını yaşayır.

FETÖ və CHP tərəfindən mühakimə edilməklə təhdid edilən, xaricə qaçacağı ittihamı ilə günahlandırılan Rəcəb Tayyib Ərdoğanın dediyi fikirlər açıq şəkildə ortadadır. Qaranlıq qalan və qaranlıq məsələlərə aydınlıq gətirməli olan şəxs Ərdoğan deyil, Kılıçdaroğludur”.

Qeyd edək ki, Ərdoğanın Kılıçdaroğlu haqqında "içəridəki Enis Bərbəroğlu ilə əlaqələri ortaya çıxsa, təəccüblənməyin” sözlərindən sonra Türkiyədə CHP liderinin həbs olunacağı barədə fikirlər gündəmə gəlib.


Müəllif: Nahid

Oxşar xəbərlər