Rusiya Prezidenti Vladimir Putin Ermənistanla Rusiya arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilənin imzalanmasının 20 illiyi münasibətilə Serj Sərkisyana məktub yollayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“1997-ci ildə imzalanmış müqavilə Rusiya ilə Ermənistan arasında dövlətlərarası əməkdaşlığın yeni mərhələsinin əsasını qoyub. Bu vacib sənəd siyasi dialoqun genişlənmsinə, ticari-iqtisadi, elmi-texniki, humanitar və digər sferalarda ikitərəfli əməkdaşlığın keyfiyyətinin yüksəlməsinə gətirib çıxarıb”, - məktubda bildirilir.
Rusiya Prezidenti məktubda Rusiya-Ermənistan əlaqələrinin inkişafını yüksək qiymətləndirib. O, Moskva və İrəvanın Avrasiya inteqarsiya proseslərində məhsuldar əməkdaşlıq, regional sabitlik və təhlükəsizliyin təminatı məsələsində səylərini koordinasiya etdiklərini bildirib.
V.Putin məktubun sonunda birgə aktiv əməkdaşlığın gələcək inkişafının iki qardaş xalqın maraqları naminə kompleks şəkildə həyata keçirilməsinə hazır olduqlarını vurğulayıb.