20 Sentyabr 2017 12:58
2 767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani sentyabrın 25-nə planlaşdırılan müstəqillik referendumunun təxirə salınmayacağını bəyan edib. O bildirib ki, referendumu təxirə salmağı təklif edənlər ortaya alternativ təşəbbüs qoymalıdırlar.

Teleqraf.com xəbər verir ki, bu haqda Məsud Bərzani Ərbildə təşkil edilən mitinqdə çıxışı zamanı deyib.

O bildirib ki, referendumu referendum keçirmək xatrinə təşkil etmirlər: “Məqsədimiz dünyaya müstəqillik istədiyimizi göstərməkdir”.

Kürd muxtariyyətinin lideri deyib ki, referenduma alternativ təqdim edilsə, bu halda heç bir problem yoxdur: “Ancaq bir alternativ yoxdursa, bizim 25 sentyabr səsverməsini təxirə salmağımız mümkünsüzdür”.

Bərzani əlavə edib ki, beynəlxalq sferada referenduma problem görmür: “Əsas problem Bağdaddır. Referendumun təxirə salınması yalnız mərkəzi hakimiyyətlə referenduma bərabər bir razılaşma əldə edilməsi variantında baş verə bilər. Bağddadla problemlərimizi həll etməliyik. Fikrimcə, bu, Bağdad və Ərbil arasında referendumu əvəzləyə biləcək ikitərəfli razılaşma ola bilər.

Bu razılaşma ABŞ və Avropa tərəfindən dəstəklənməli və yerinə yetiriləcəyinə dair zəmanət verilməlidir. Bu razılaşma referenduma alternativ ola bilər. Ancaq həqiqəti deyim ki, Bağdad bu məsələdə addım atmır. İki-üç gün ərzində belə bir razılaşma əldə olunmayacaqsa, Kürdüstan referenduma gedəcək”.


Müəllif: Cavad

Oxşar xəbərlər