23 Sentyabr 2017 13:31
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, deputat Cavanşir Feyziyev “İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfransında iştirak etmək üçün bu gün İstanbul şəhərinə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, tədbir Azərbaycan Prezidentinin 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan edilməsi ilə bağlı sərəncamına uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təşkil olunub.

Toplantıda hər iki tərəfdən dövlət və hökumət nümayəndələri, elm və ictimai xadimlər iştirak edəcəklər.

Konfransda Azərbaycan və Türkiyə arasında qarşılıqlı faydalı əməkdaşlığın bu günü və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər