25 Sentyabr 2017 15:32
758

Sentyabrın 28-də Rusiyanın Stavropol şəhərində VIII Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək.

Bu barədə Teleqraf.com-a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan İqtisadiyyat Nazirliyinin və Rusiya İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək forumda hər iki ölkənin dövlət rəsmiləri, iqtisadiyyatın sənaye, kənd təsərrüfatı, ticarət, turizm, tikinti, maliyyə və konsaltinq, səhiyyə və sair sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edəcək.

Tədbir çərçivəsində forumun plenar iclası, sənaye, turizm, aqrar, səhiyyə və humanitar sahələr üzrə dəyirmi masalar keçiriləcək, Azərbaycan və Rusiya iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaq.

Forumda əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması da nəzərdə tutulur.


Müəllif: Səxavət