Türkiyədə Maral Akşənərin rəhbərliyi altında qurulan Yaxşı Partiyanın qərargahının harada olacağı müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, İyi Partiyanın ofisi Ankarada Mustafa Kamal Atatürk məhəlləsində yerləşəcək. Hazırda binada son hazırlıq işləri aparılır. Ofis noyabrın 11-də mediaya təqdim ediləcək.
Bu arada bəlli olub ki, İyi Partiya daxilində ilk dəfə anlaşılmazlıq ortaya çıxıb. Hazırda partiya təşkilatlanır. Partiyanın Ankara şöbəsinə MHP-li sabiq deputat Yenər İldırımın rəhbərlik edəcəyi deyilib. Hətta İldırım qeyri-rəsmi olaraq Ankarada fəaliyyətə də başlayıb. Ancaq bundan 3 gün sonra partiya rəsmi olaraq Məsud Özarslanı Ankara təşkilatının rəhbəri təyin edib.