9 Noyabr 2017 11:02
1 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan adına fəaliyyət göstərən kommunist partiyaları Sankt Peterburqda keçirilən tədbirdə təəccübə səbəb olublar.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət Abdinov bildirib.

O, öz bloqunda yazıb: “Böyük Oktyabr Sosialist inqilabı: kommunist hərəkatının idealı, imperialist müharibəsinə qarşı canlanma, sülh, sosializm uğrunda” devizi ilə 2-3 noyabr 2017-ci ildə Sankt Peterburq şəhərində beynəlxalq kommunist və fəhlə partiyaların 19-cu müşavirəsi keçirilib.

Dünyanın 103 ölkəsinin, o cümlədən Rusiya Federasiyasının 85 subyektinin kommunist və fəhlə partiyaların rəhbər təmsilçilərin iştirak etdiyi tədbirdə Azərbaycan Kommunist Partiyası təəccüb obyektinə çevrilib”.

Ədalət Abdinov qeyd edib ki, tədbirdə çıxış edən iki nəfər – Rauf Qurbanov və Telman Nurullayev özlərini Azərbaycan Kommunist Partiyasının rəhbəri kimi təqdim ediblər:

“Bizim dillə desək, qızın iki adaxlısı peyda olub. Belə deyək, ümumi qaydadan kənar vəziyyət yaranıb. Yəni iki nəfərin bir partiyanın sədri kimi dəvəti özü də anormal haldır, hərgah biz buna inanmaq istəməzdik. Tribunada Azərbaycanda kommunist hərəkatı ilə bağlı eyni fikri təkrar edən bu kəslərin hansı yollarlasa beynəlxalq tədbirin qapısından içəri keçməsi bizə məlum deyil. Ancaq respublikanın bir kommunist partiyasının başçısı qismində iki adamın təqdimatı müşavirə iştirakçıları üçün gözlənilməz, qəribə və anlaşılmaz olub, hətta bəzi əcnəbi nümayəndələrin rişxəndi də istisna olunmur. Bir Kommunist Partiyasının iki sədrindən hansının vəzifə səlahiyyətinin saxta olması beynəlxalq müşavirə iştirakçıların nəzərindən yayınmayıb”.

Ədalət Abdinov hesab edir ki, beynəlxalq siyasi səhnədə “kommunistlərimizin” bu məzhəkəsi bağışlanmazdır və cavabdehlik məsuliyyəti yaradır.


Müəllif: Cavad

Oxşar xəbərlər