Türkiyə Konstitusiya Məhkəməsi Prezident Rəcəb Tayyib Ərdoğanın CHP lideri Kamal Kılıçdaroğlu ilə bağlı şikayətinə baxıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, şikayət Kılıçdaroğlunun 2012-ci il yanvarın 31-də partiyasının qrup toplantısında etdiyi çıxışla bağlı olub.
Çıxış zamanı Kılıçdaroğlu Ərdoğana böhtan atıb, dindən istifadə edərək, səs toplamağa çalışdığını deyib.
Məhkəmə Ərdoğanın şikayətini təmin edib. Qərara əsasən, Kılıçdaroğlu buna görə 5 min türk lirəsi (2,1 min AZN) cərimə ödəməli olacaq.