“Azərbaycan Respublikası hökuməti və Amerika Birləşmiş Ştatları hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında saziş”in müddəti daha yeddi il uzadılıb.
Teleqraf.com-un xəbərinə görə, saziş barədə məlumat verən birinci vitse-spiker Ziyafət Əsgərov onun ilk dəfə 1999-cu il 28 sentyabr tarixində Vaşinqton şəhərində imzalandığını bildirib:
“Sazişin müddətinin uzadılması barədə müzkairələr aparılıb. Nəticədə Azərbaycan Xarici İşlər Nazirliyi ilə Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyi arasında notalar mübadiləsi formasında bağlanmış sazişin müddəti daha 7 il uzadılıb. Bu saziş ölkələrimiz arasında münasibətlər üçün son dərəcə önəmlidir”.
Qanun layihəsi millət vəkilləri tərəfindən təsdiq edilib.