2 Dekabr 2017 18:31
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk Qrupunun qətiyyətli olmaması səbəbindən Ermənistanın işğalçı siyasəti hələ də davam edir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü Elman Məmmədov deyib.

O bildirib ki, BMT, ATƏT və digər təşkilatlar Ermənistana təsir etmədiyi üçün vaxtaşırı olaraq cəbhə xəttində vəziyyət gərginləşir. Onun sözlərinə görə, Azərbaycan öz torpaqlarının işğal altında qalmasına dözməyəcək:

“Prezident İlham Əliyev hər zaman bəyan edib ki, Azərbaycan müharibə istəmir, münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Ancaq bu günə kimi biz buna nail ola bilmişikmi? Əlbəttə ki, yox. Bunun da səbəbi həmin beynəlxalq qurumların, həmsədr dövlətlərin işğalçı Ermənistana havadarlıq etməsidir. Biri pulla, o biri silahla, digəri siyasi yöndən erməniləri dəstəkləyir.

İşğalçının nə qədər günahı varsa, ona havadarlıq edən dövlətlərin günahı ondan heç də az deyil. Ermənistana arxa duranlar olmasa, təbii ki, onlar Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməzlər”.


Müəllif: Səxavət

Oxşar xəbərlər