10 Dekabr 2017 17:09
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının IX konfransı keçirilib.

Teleqraf.com xəbər verir ki, konfransda Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Məclisin deputatlarından YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov, YAP Siyasi Şurasının üzvü Musa Quliyev, Xanlar Fətiyev, Pərvin Kərimzadə və Naqif Həmzəyev iştirak edib.

YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev ötən müddətdə görülmüş işlər barədə məlumat verib. O qeyd edib ki, YAP Gəncə şəhər təşkilatı hesabat dövrü ərzində sıralarını xeyli genişləndirərək, üzvlərinin sayını 40 minə çatdırıb.

Daha sonra Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov çıxış eib.

Çıxışlardan sonra konfransın qətnaməsi qəbul olunub, təşkilati məsələlər müzakirə edilib. Naqif Həmzəyev yenidən YAP Gəncə şəhər təşkilatının sədri seçilib.


Müəllif: Səxavət