Rusiya ABŞ Prezidenti Donald Trampın dünən açıqladığı milli təhlükəsizlik strategiyasını rədd edir.
Teleqraf.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov milli təhlükəsizlik strategiyasında Rusiyanın ABŞ-a təhdid olduğu haqda yanaşmanı “imperalist xarakterli” kimi qiymətləndirib.
Kremli Rusiyanın ABŞ-a təhdid yaratdığı yönündəki Trampın yanaşmalarının həqiqəti əks etdirmədiyi fikrini vurğulayıb.
İlkin dəyərləndirmədə Vaşinqtonun yeni strategiyasının imperalist xarakterdə olduğu, ABŞ-ın təkqütblü dünya düzənindən vaz keçmək istəmədiyi qeyd edilib.