5 Fevral 2018 00:53
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyası Avropa İttifaqı və “Şərq tərəfdaşlığı” ölkələrinin rəqəmsal bazarlarının uyğunlaşdırılması təşəbbüsü (HDM Initiative) çərçivəsində 2018-2020-ci illərdə 6 milyon avro ayıracaq.

Teleqraf.com xəbər verir ki, bunu Trend-ə Regional İnformasiya Texnologiyaları Akademiyasının (RITA) direktoru Tofiq Babayev deyib.

Onun sözlərinə görə, Azərbaycan “HDM Initiative”in tələblərinə uyğun olaraq bir sıra layihə təklifləri hazırlayıb və onlar maliyyələşmə üçün Avropa Komissiyasına təqdim olunacaq. Layihələr elektron gömrük, elektron ticarət, elektron biznes, elektron təhlükəsizlik, elektron səhiyyə kimi istiqamətlər üzrə hazırlanıb.

Qeyd edək ki, “HDM Initiative” qanunvericilik bazasının formalaşdırılması, gömrük prosedurlarının təkmilləşdirilməsi, ticarət üçün proqram təminatının tətbiqi məsələlərinin həllinə yönəldilib. Bu təşəbbüs sahibkarların ticarət əməliyyatları keçirə bilməsi üçün vahid rəqəmsal məkanın yaradılmasını nəzərdə tutur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər