Bəli, bu il İtaliya ATƏT-ə sədrlik edir. Bu il müzakirə olunacaq mövzuların proqramı keçən ilin yanvar ayında İtaliya XİN tərəfindən təqdim olunub”.
Bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.
ATƏT-in Minsk qrupu həmsədrlərinin bu yaxınlarda Bakıya səfərini xatırladan səfir bildirib ki, İtaliya sədr olaraq, həmsədrlərin fəaliyyətini yaxından izləyir: “Tərəflər arasında siyasi dialoq həyata keçirilir. Müəyyən müsbət nəticələr əldə olunub. İtaliya ATƏT sədri olaraq ümid edir ki, bu dialoq daha yüksək səviyyədə keçiriləcək və müsbət nəticələnəcək”./APA/