13:11
Moskvada Rusiya və Türkiyə xarici işlər nazirlərinin görüşü başlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüşdən əvvəl nazirlər jurnalistlər qarşısında çıxış edib.
Sergey Lavrov görüş zamanı bir çox məsələlərin müzakirə ediləcəyini deyib:
“İki ölkə arasında tərəfdarşlıq, iqtisadi məsələlər, eləcə də BMT Təhlükəsizlik Şurasının Suriyada 30 günlük atəşkəsin tətbiqi ilə bağlı qərarı ətrafında fikir mübadiləsi aparacağıq”.
Çavuşoğlu isə öz növbəsində, Türkiyə və Rusiya prezidentlərinin aprelin 3-də Ankarada görüşünün keçiriləcəyini açıqlayıb.
***
Rusiya Xarici İşlər naziri Sergey Lavrovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə təkbətək görüşü başa çatıb.
Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.