19 Mart 2018 17:58
1 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika xüsusi xidmət orqanları Şimali Koreya ilə gizli əlaqələr kanalı qurub.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə ABŞ mətbuatı çıxış edib.

CBS Nyus kanalı ABŞ rəsmilərinə söykənərək iddia edib ki, Şimali Koreya ilə məxfi kanal vasitəsilə əlaqələr qurulmasında Mərkəzi Kəşfiyyat İdarəsi əsas rol oynayıb.

Kanal iddia edib ki, Mərkəzi Kəşfiyyat Xidməti direktoru vəzifəsindən Dövlət katibi vəzifəsinə gətirilən Pompeo bu vasitə ilə əlaqə kanalı qurulmasına dəstək verir.

Xəbərdə xüsusilə qeyd edilib ki, ABŞ-ın BMT-dəki diplomatik korpusu bu əlaqələrin qurulmasından kənarda saxlanılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər