Azərbaycanda keçiriləcək Prezident seçkiləri üzrə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyası Bakıya gəlib.
Bu barədə missiyanın tərkibində yer alan AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak məlumat verib.
Onun sözlərinə görə, səfər zamanı nümayəndələr ATƏT DTİHB müşahidə missiyasından olan həmkarları, eləcə də prezidentliyə namizəd olan 8 şəxslə görüşəcəklər.
Aprelin 11-də AŞPA müşahidəçiləri səsvermə prosesini müşahidə edəcək. Aprelin 12-də isə Azərbaycanda keçirilən seçkilərin monitorinqi ilə bağlı mətbuat konfransı keçiriləcək.
Xatırladaq ki, Viorel Rikard Badeanın (Rumıniya) rəhbərlik etdiyi AŞPA missiyasına 33 müşahidəçi daxildir./Report/