27 Aprel 2018 21:29
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) əsassız bəyanatları, korrupsiyada ittiham, informasiya hücumları əlbəttə ki, siyasiləşdirilib.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Fikrət Sadıqov AŞPA-nın “korrupsiya ilə bağlı hesabatı”nı şərh edərkən deyib.

F.Sadıqovun sözlərinə görə, bu cür hesabat rəqəmlərə və faktlara əsaslanmalı və konkret tədqiqatların nəticələrinə söykənməlidir:

“Burada əlbəttə ki, söhbət ayrı-ayrı deputatlardan yox, ümumilikdə bir ölkəyə münasibətdən və onun imicinin pozulması cəhdlərindən gedir. Bu cür məlumatlar Azərbaycanın imicinin etibarsızlaşdırılmasına yönəlib”.

Politoloq bildirib ki, AŞPA-dakı azərbaycanlı parlamentarilər bu cür hücumlara layiqli cavab veriblər:

“Azərbaycanı orada peşəkar hazırlıqlı parlament üzvləri təmsil edir. Onlar öz sözünü deyib və fikrimcə əsassız ittihamlar üçün konkret faktlar tələb edəcəklər”.

AŞPA ilə münasibətlərin təkrar nəzərdən keçirilməsinin məqsədəuyğunluğu barədə sualı cavablandıran politoloq vurğulayıb ki, bu təşkilat 17 il ərzində Azərbaycana heç nə ilə kömək etməsə də, oradan çıxmaq məsələsində tələsmək lazım deyil:

“Nə vaxtsa Azərbaycanın ərazi bütövlüyünə dəstəklə bağlı qətnamə qəbul edilmişdi, lakin bu sənəd havadan asılı qaldı. Mən həmin sənədin nəticəsi olaraq bu məsələnin həllinə kömək edən, təcavüzkar ölkənin ünvanına ittihamların irəli sürülməsi ilə bağlı hər hansı konkret addımlar atılması üçün mövzunun sonrakı inkişafını müşahidə etmədim”.

Sonda F.Sadıqov bildirib ki, Azərbaycan bir çox beynəlxalq qurumların üzvüdür: “Radikal addımlar atmazdan əvvəl irəli sürülən ittihamların dərəcəsinə diqqətlə aydınlıq gətirmək lazımdır. Daha sonra təşkilatı tərk etmədən oradan çıxmağın məqsədəuyğunluğu barədə fikirləşmək olar”. (Trend)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər