Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər.
Azərbaycanın dövlət himni səsləndirildi.
Dövlətimizin başçısı rəsmi qəbulda nitq söylədi.
***
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan rəsmi qəbul başlayıb.
Teleqraf.com xəbər verir ki, mərasim Heydər Əliyev Mərkəzində keçirilir.
Qəbulda Azərbaycan Prezidenti İlham Əliyev, dövlət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirlik və diplomatik nümayəndəliklərinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.