12 İyun 2018 11:41
2 669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurmanın gələcək taleyini kimin hansı silaha malik olması həll edəcək.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq Türkiyə xarici işlər nazirinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son açıqlamasına da diqqət çəkib:

“Mövlud Çavuşoğlu bildirdi ki, vaxtında Türkiyənin kifayət qədər qüvvəsi olsaydı, Azərbaycan ərazilərinin işğal edilməsinə imkan verməzdi. Çavuşoğlu Azərbaycanın Türkiyə üçün böyük strateji əhəmiyyət kəsb etdiyini qeyd edib. Türkiyəli ali diplomat eyni zamanda Ankaranın hər zaman rəsmi Bakını dəstəklədiyini və gələcəkdə də Azərbaycana dayaq olacaqlarını vurğulayıb.

Mövlud Çavuşoğlunun bu açıqlamasının çəkisi indi daha ağır gəlir.

Türkiyə ordusu bir tərəfdən Suriya və İraqda terrorçuları küncə sıxışdırır, uğurlu hərbi əməliyyatlar keçirir və heç bir dövlət buna mane olmur və ya mane ola bilmir. Bu arada, Azərbaycan ordusu da ard-arda strateji yüksəklikləri ələ keçirir. Yəni həm Türkiyə, həm də Azərbaycan strateji hədəflərinə doğru irəriləyirlər”.

Elxan Şahinoğlu hesab edir ki, Çavuşoğlunun sözləri Ermənistanın indiki hakimiyyətinə və beynəlxalq aləmə mesajdır: “Bu mesajın həm də belə oxumaq lazımdır ki, vaxtilə Ermənistan məqamdan istifadə edərək Azərbaycan torpaqlarını işğal etdi və Türkiyə səssiz qaldı. İndi isə bölgədə çəkisi artan Türkiyə ordusu hərəkətdədir, ölkə kənarında mühüm vəzifələri həyata keçirir. Ölkə kənarı isə geniş məhfumdur.

Ermənistanda Rusiya faktoru və varlığı olmasaydı Azərbaycan Türkiyə ilə birgə məsələni çoxdan həll etmişdi. Buna baxmayaraq, Azərbaycan ordusunun addım-addım strateji yüksəklikəri geri qaytarmasına Rusiya bir şey demir. Elə Ermənistanı dəli edən də budur. O biri tərəfdən indi də Belarusun üstünə düşüblər ki, bəs sən niyə mənim müttəfiqim ola-ola Azərbaycana silah satırsan?”.

Politoloq Belarus prezidentinin Ermənistanın ittihamına qarşı verdiyi cavabı xatırladıb:

“Aleksandr Lukaşenko ermənilərin cavabını yaxşı verib. Birincisi, deyib ki, Belarusun Azərbaycana silah satması beynəlxalq hüquqa və imzalanan sazişlərə zidd deyil. İkincisi, Luekaşenko bildirib ki, Belarusun ağır vaxtında məhz Azərbaycan onun ölkəsinə maliyyə yardımı edib. Yəni Lukaşenko ermənilərə demək istəyib ki, Azərbaycana bundan sonra da silah satacaq və bunun Ermənistana dəxli yoxdur.

Başqa sözlə, Azərbaycanla Ermənistan arasındakı hərbi qarşıdurmanın gələcək taleyini məhz kimin hansı silahlara malik olması həll edəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər