17 İyun 2018 19:28
2 846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün ilk növbədə Ermənistan və Azərbaycan silahlanma yarışını dayandırmalıdır.

Teleqraf.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, bunu erməni politoloq Georgi Vanyan deyib.

O, hesab edir ki, münaqişənin dinc yolla həlli qarşılıq şəkildə silahlanma yarışından imtina edilməsindən keçir və qeyd edir ki, tərəflər bunu öz aralarında razılaşdıra bilərlər:

“Münaqişənin həllindən sonra Azərbaycan və Ermənistan arasında sıx əməkdaşlıq yaradıla, siyasi-iqtisadi münasibətlər qurula bilər. Hesab edirəm ki, münaqişənin həlli yolu ancaq bu iki ölkənin öz arasında anlaşmasından keçir. İndi münaqişə olmasaydı, Ermənistan və Azərbaycan arasında sosial-iqtisadi münasibətlərin inkişaf etdirilməsi, dostluq əlaqələri ön planda olardı. İndi isə bu arxa planda belə deyil”.

Georji Vanyan qeyd edir ki, Qarabağ münaqişəsi Ermənistan və Azərbaycanda yaşayan bütün insanlara mənfi təsir göstərib:

“Bu münaqişənin ermənilərə və azərbaycanlılara hansı zərərləri verdiyini xatırlamaq lazım deyil. Bu, bölgədəki hər bir insanın taleyinə təsir edib. Buna görə də hesab edirəm ki, qarşılıqlı formada itirilmiş inamı və etibarı geri qaytarmaq lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu