23 İyun 2018 10:34
2 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan belaruslu həmkarı Vladimir Mekeylə görüşüb.

Teleqraf.com xəbər verir ki, Belarusun paytaxtı Minskdə baş tutan görüşdə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.

Mnatsakanyan Makeydən Belarusun Azərbaycana silah satışının dayandırılmasını istəyib.

Erməni nazir hesab edir ki, Belarus bu məsələdə neytral mövqedə dayanmalı və Azərbaycana silah satmamalıdır. O, Belarusun Azərbaycanın yox, Ermənistanın müttəfiqi olduğunu da Vladimir Makeyin diqqətinə çatdırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər