25 Avqust 2018 17:29
2 372
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Rusiya arasında yaxınlaşma hiss olunacaq dərəcədə inkişaf edir. Müdafiə naziri Hulusi Akar və ölkənin kəşfiyyat şefi Hakan Fidan bir həftəlik fasilədən sonra yenidən Moskvaya səfər edib. Gözlənilməz gəlişmədən görünən budur ki, ABŞ-ın sanksiyaları və təzyiqləri Ankara və Moskva arasındakı məsafəni azaldır.

Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq hesab edir ki, artıq Rusiya Türkiyə ilə hərbi-texniki əlaqələri inkişaf etdirməyə hazırdır:

“Hakan Fidan və Hulusi Akarın Moska səfəri çərçivəsində Suriya məsələsi, Türkiyənin nəzarətində olan İdlibə Əsəd ordusu tərəfindən hazırlanan hücum və ikitərəfli əlaqələr müzakirə edilib. Kreml Ankaradan İdlibi boşaltmağı istəyir. Türkiyə isə bunun qarşılığında Rusiyadan müəyyən güzəştlər tələb edir. İdlib iki ölkə arasında bazarlıq predmetinə çevrilib”.

M.Əsədullazadə qeyd edib ki, Rusiya-Türkiyə hərbi əməkdaşlığının inkişaf etməsi, hərbi sahədə yeni müqavilələrin bağlanması Ankara-Vaşinqton əlaqələrini zədələyir: “Bu, Türkiyənin NATO-dakı fəaliyyətini də zəiflədəcək.

Lakin hesab edirəm ki, Türkiyənin Rusiya ilə strateji müttəfiqliyi müvvəqqəti xarakter daşıyır. Moskva çalışır ki, Ankara-Vaşinqton diplomatik münasibətləri pozulsun və Türkiyəni özündən asılı vəziyyətə salsın. Türkiyə isə buna razı olmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər