Bakıda Fələstin dövlətinin Asiya ölkələrindəki səfirlərinin görüşü keçirilir.
Tədbirə Azərbaycanda səfərdə olan Fələstin xarici işlər naziri Riyad əl-Maliki sədrlik edir.
Həmçinin görüşün açılış mərasimində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da qatılıb.
Fələstinin Azərbaycandakı səfiri Naser Əbdül Kərim bildirib ki, bu gün Bakıda keçirilən konfrans Azərbaycanın Fələstinə dəstəyinin, o cümlədən Qüds məsələsində, sübutudur.
"Azərbaycan və Fələstin bir sıra beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. Bütün məsələlər üzrə ortaq fikirlərimiz var", - səfir deyib.