12 Dekabr 2018 14:46
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Türkiyənin İnsan və Sosial Araşdırmalar Mərkəzinin (İNSAMER) hesabatına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, səfir E.Özoral jurnalistlərə açıqlamasında Azərbaycan əlaqələrinin heç zaman Türkiyəni narahat etmədiyini deyib:

“Azərbaycan müstəqil dövlətdir. İstədiyi dövlətlə münasibət qurmaqda azad və sərbəstdir. Azərbaycan heç zaman Türkiyəni narahat etmir, Türkiyə də heç zaman Azərbaycanı narahat etməz. Bizim qardaşlıq manasibətlərimiz var. Bir-birimizi narahat edəcək heç bir münasibətimiz ola bilməz”.

Qeyd edək ki, İNSAMER hesabatında Türkiyənin Azərbaycan-İsrail münasibətlərindən narahat olduğu qeyd edilib.


Müəllif: Zümrüd

Oxşar xəbərlər